çərşənbə axşamı 19 avqust 2025 - 13:30
Banqladeşdə şiə və sünni alimlərinin Ərbəin münasibətilə birlik və həmrəyliyi

Hövzə / İlk dəfə olaraq Banqladeşin Xulna şəhərində şiə və sünni alimləri birgə əməkdaşlıqla İmam Hüseynin (ə) ehsan və hədiyyələrini payladılar. Bu addım həm Əhli-Beytə (ə) olan məhəbbətin həm də müsəlmanlar arasında birlik və həmrəyliyin göstəricisi oldu.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Banqladeşin Xulna şəhərində ilk dəfə olaraq İmam Hüseynin (ə) ehsan və hədiyyələrinin paylanması mərasimi şiə və sünni alimlərinin birgə əməkdaşlığı ilə keçirilib. Bu tədbirdə  "Əhli-Beyt (ə) Sevərlər Təşkilatının" tanınmış sünni alimləri də iştirak edərək şiə alimləri ilə birlikdə ehsan və hədiyyələrin paylanmasında yaxından iştirak ediblər.

Banqladeşdə şiə və sünni alimlərinin Ərbəin münasibətilə birlik və həmrəyliyi

Bu tədbirin məqsədi yalnız İmam Hüseyni (ə) yad etmək və ona olan məhəbbəti ifadə etmək deyil, eyni zamanda müsəlmanlar arasında birlik, qardaşlıq və həmrəyliyin aydın bir göstəricisi hesab olunur. Bu addım, şiə və sünni arasında möhkəm bağlılığı, həmçinin cəmiyyətdə dini həmrəyliyin gücləndirilməsinə yönəlmiş səyləri nümayiş etdirir.

Mərasim iştirakçıları Aşura hadisəsinə toxunaraq vurğulayıblar: Kərbəlanın verdiyi böyük dərsi həqiqət, ədalət və insanlıq yolunda fədakarlıqdır. İmam Hüseynin (ə) düşüncəsi yalnız şiələrə məxsus deyil, bütün İslam ümməti üçün ilham və motivasiya mənbəyidir. Bu səbəbdən, Ərbəin bu gün dünya miqyasında müsəlmanların birlik və yaxınlaşmasının rəmzinə çevrilib.

Xulna şəhərində bu kimi tədbirlərin keçirilməsi isə Əhli-Beytə (ə) olan sevgini möhkəmləndirməklə yanaşı, sülhün, dinc birgəyaşayışın və ölkədə məzhəblər arası həmrəyliyin gücləndirilməsində mühüm rol oynaya bilər.

Rəyiniz

You are replying to: .
captcha